Leven Kurzava PSJ-ni tərk edir. Təcrübəli müdafiəçi mövsüm bitən kimi Paris klubundan ayrılacaq.
Futbolinfo.az Fransa mətbuatına istinadla xəbər verir ki, heyətə düşməkdə çətinlik çəkən Kurzava qərarını verib. O, klubun gəncləşdirmə siyasətindən sonra şans qazanmayacağını bildiyindən yeni iş yeri axtarır. Futbolçu bir neçə təklifin arasından seçim edəcək.
2015-ci ildə “Monako”dan 25 milyon avroya transfer edilmiş 31 yaşlı müdafiəçi 2022-23-cü illəri “Fulhem”də icarədə keçirib. Qalan vaxtlarda PSJ-də oynayan Kurzava son mövsümlərdə heyətə düşə bilmirdi.