Eberiçi Eze İngiltərədə klub dəyişə bilər. “Mançester Siti” və “Tottenhem” “Kristal Pelas”ın yarımmüdafiəçisi ilə yaxından maraqlanır.

Futbolinfo.az xəbər verir ki, 25 yaşlı futbolçu cari mövsümdə 30 oyuna 9 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun daha yaxşı komandada göstəricilərini yüksəldəcəyi ehtimal edildiyindən transferə inam böyükdür.

Nigeriya əsilli futbolçu İngiltərədə böyüyüb, müxtəlif komandalarda çıxış edib. 2020-ci ildən “Kristal Pelas”da çıxış edən futbolçunun 48 milyon avro dəyəri var. Onun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin yayında bitəcək. Lakin yayda onun “Mançester Siti” və “Tottenhem”dən birinə keçəcəyi gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp