Martin Subimendi “Real Sosyedad”dan ayrılmağa hazırlaşır. 25 yaşlı dayaq yarımmüdafiəçisi mövsüm bitən kimi gələn təkliflərdən birini dəyərləndrəcək.
Futbolinfo.az xəbər verir ki, 50 milyon avro dəyəri olan oyunçu ilə “Arsenal” və “Yuventus” maraqlanır. San-Sebastyan klubu futbolçunu satmağın əleyhinə deyil.
“Real Sosyedad” yetirməsi hazırda zədəlidir. Onu istəyən klublar futbolçunun bərpadan sonra özünü necə göstərəcəyinə diqqət edəcək. Hər şey qaydasında olsa, 2027-ci ilədək müqaviləsi olan Subimendi üçün rəsmi təklif göndəriləcək. Adrien Rabionu itirmək üzrə olan turinlilər onu məhz Martinlə əvəz etmək niyyətindədir.