UEFA bu il keçiriləcək Avropa çempionatı öncəsi yeni qərar qəbul edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə UEFA Hakimlər Komitəsinin sədri Roberto Rozetti danışıb.

Yeni qərara əsasən, görüşün hakimləri kritik epizodlarda qəbul olunan qərarlar haqqında komandaların kapitanlarına açıqlama verəcəklər:

“Müasir futbolda hakim olmaq çox çətindir. Bəzən hakimlər gərgin oyunlarda hər 22 saniyədən bir olmaqla 200-dən 250-yə qədər qərar vermək məcburiyyətində qalırar. Hər bir epizod həm azarkeşlər, həm mütəxəssislər, həm də şərhçilər tərəfindən müxtəlif rakurslardan təkrar izlənir və diqqətlə araşdırılır. Biz hakimlərdən bəzən baş verən hadisələrə görə məsuliyyət daşımalarını xahiş edirik. Müasir dövrdə VAR hakimləri referilərə daha dəqiq bir qərarın qəbul olunması üçün köməklik göstərirlər. Artıq hakimlər kritik epizodlarda verdikləri qərarların səbəbini komandaların kapitanlarına açıqlamalıdırlar. Nəticədə onlar qərarın necə verildiyini başa düşəcəklər. Hakimin qərarını 22 oyunçuya açıqlaması mümkünsüzdür. Buna görə də referilər matçdakı kritik qərarları komandaların kapitanlarına bildirməlidirlər. UEFA-nın peşəkar hakimlərdən ibarət komandası AÇ-2024-də mübarizə aparacaq hər bir komandanın kapitanı ilə görüşəcək”.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin oyunları 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirə 10 şəhər ev sahibliyi edəcək: Berlin, Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Hamburq, Köln, Leyptsiq, Münhen və Ştutqart.

Shares: