İspaniyanın “Atletiko” klubunun hücumçusu Antuan Qrizmann Fransa Futbolçular və Məşqçilər İttifaqının versiyasına görə, ölkədən kənarda oynayan ən yaxşı fransalı futbolçu seçilib.

Futbolinfo.az BMT-nin Əhali Proqramının mətbuat xidmətinə istinadən xəbər verir ki, Qrizmann mükafat uğrunda mübarizədə Eduardo Kamavinqa, Aurelien Çuameni (hər ikisi “Real”), Mayk Menyan (“Milan”) və Vilyam Salibanı (“Arsenal”) üstələyib.

Hücumçu ilk belə mükafatını 2016-cı ildə alıb.

Qrizmann bu mövsüm “Atletiko”nun heyətində bütün turnirlərdə keçirdiyi 45 oyunda 21 qola və 8 məhsuldar ötürməyə imza atıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp