Azərbaycan Voleybol Federasiyası (AVF) Tovuz Regional Voleybol Klubunda təlim-məşq toplanışı təşkil edib.

AVF-nin mətbuat xidmətindən Futblinfo.az-a verilən məlumata görə, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatmanın rəhbərlik etdiyi məşqlər mayın 12-14-də Tovuz Olimpiya İdman Kompleksində keçirilib.

“Tovuz” klubunun 40-a yaxın qız üzvü məşqlərə cəlb olunub. Burada gündə iki dəfə olmaqla uşaqlara həm fiziki, həm də texniki məşqlər keçirilib. Həmçinin gənclərə voleybol qaydaları ilə bağlı ətraflı məlumat verilib.

Növbəti təlim-məşq toplanışı “Gəncə” klubunun idmançıları üçün Gəncədə təşkil olunacaq. Bu məşqlər mayın 15-17-si aralığında keçiriləcək.

Shares: