İngiltərənin “Mançester Yunayted” klubu Rafael Varanın komandadan ayrılacağını açıqlayıb.

Futbolinfo.az “qırmızı-şeytanlar”ın rəsmi saytına istinadən xəbər verir ki, cari mövsümün sonunda müqavilə müddəti başa çatan 31 yaşlı müdafiəçi ilə yeni sözləşmə imzalanmayacaq.

Varan Mançester təmsilçisinə 2021-ci ildə İspaniyanın “Real” (Madrid) klubundan keçib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp