Mayk Ceyms Avroliqanın əsas mükafatını qazanıb. “Monako”nun müdafiəçisi 2023/24 mövsümündə Avroliqanın MVP-si seçilib.

Turnirin ən dəyərli oyunçusu azarkeşlər, jurnalistlər, komanda kapitanları və baş məşqçilərin səsverməsi əsasında müəyyən edilir. Ceyms mövsümü orta hesabla 17.9 xal, 4.1 ribaund, 5.1 asist, 1.2 topalma və 19.4 effektivliklə başa vurub.

Ceymsin çıxış etdiyi “Monako” komandası mövsümdə 23 qələbə və 11 məğlubiyyətlə (23 qələbə Avroliqada klub rekordudur) müntəzəm çempionatda 3-cü pillədə başa vurub. Pley-offun 1/4 finalında komanda “Fənərbağça”ya uduzub (2:3).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp