“Seqafredo Zanetti” şirkəti Bolonyanın “Virtus” komandası ilə əməkdaşlığı dayandırır. Dünyanın ən böyük özəl qəhvə şirkəti 2024-cü ildə başa çatan müqaviləsini yeniləməmək qərarına gəlib və diqqətini marketinqin digər sahələrinə yönəldəcək.
“Seqafredo Zanetti” İtaliya klubunun titul sponsoru idi. Şirkətin loqotipi komandanın bütün formalarında var idi.
Xatırladaq ki, “Virtus” bu mövsümə yaxşı başlasa da, sonradan pley-offa yüksələ bilməyib. Komanda basketbol üzrə Avroliqa turnirinin pley-in mərhələsində “Baskoniya”ya məğlub olub.