Fransa millisinin və İtaliya təmsilçisi “Milan”ın hücumçusu Olivye Jirunun yeni klubu rəsmən bəlli olub.

Futbolinfo.az xəbər verir ki, 37 yaşlı oyunçu ABŞ-nin “Los-Anceles” kollektivi ilə 2025-ci ilə qədər müqavilə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, yeni komandasına azad agent kimi transfer olunub.

Cari mövsümdə 45 matçda meydana çıxan Jiru 16 qol vurub, 9 məhsuldar ötürmə edib.

Shares: