Dünya ölkələrində 2023-2024 mövsümü başa çatmaq üzrədir. Milli çempionatlarda bu ay mövsümə yekun vurulacaq.

Buna baxmayaraq, bir çox ölkələrdə artıq çempion bəllidir. Konkret olaraq dünyanın 34 liqasında lider komanda öncədən qızıl medalları təmin edib. Onların sırasında Azərbaycan Premyer Liqasının qalibi “Qarabağ” da var.

Dünya ölkələrində çempionluğu rəsmiləşdirən komandalar:

“Real” (İspaniya)

“İnter” (İtaliya)

“Bayer” (Almaniya)

PSJ (Fransa)

“Sportinq” (Portuqaliya)

“Əl-Hilal” (Səudiyyə Ərəbistanı)

“Şaxtyor” (Donetsk, Ukrayna)

“Srvena Zvezda” (Serbiya)

“Dinamo” (Zaqreb, Xorvatiya)

“Styaua” (Rumıniya)

“Ferensvaroş” (Macarıstan)

TNS (Uels)

“Əl-Sədd” (Qətər)

“Slovan” (Slovakiya)

“Ludoqorets” (Bolqarıstan)

“Selye” (Sloveniya)

APOEL (Kipr)

“Qarabağ” (Azərbaycan)

“Mohammedan” (Hindistan)

“Larne” (Şimali İrlandiya)

“Deportivo Saprissa” (Kosta Rika)

“Hamrun” (Malta)

“Petrokub” (Moldova)

“Əl-Seeb” (Oman)

“Komunikakiones” (Qvatemala)

“Olimpiya” (Honduras)

“Aqila” (Salvador)

“Başundara Kinqs” (Banqladeş)

“Əl-Fatuva” (Suriya)

“Linkoln” (Cəbəllütariq)

“Virtus” (San Marino)

“Dirianqen” (Nikaraqua)

“Bulqan Falkons” (Monqolustan)

“Amerika” (Meksika)

Shares: