“Mövsümün sonuna qədər “Turan Tovuz”la müqaviləm var. Burda qalıb-qalmayacağımı da bilmirəm”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”un gürcüstanlı futbolçusu Piruzi Marakvelidze deyib.

Yarımmüdafiəçi mövsümün sonunda komandadan gedəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib: “Hələ ki, rəhbərliklə danışığımız olmayıb. Sözləşməmin sonuna qədər burdayam. Bir neçə təklifim var. Amma hər şeyə mövsüm bitdikdən sonra aydınlıq gələcək”.

Shares: