İngiltərə klublarından “Aston Villa” növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanıb. Bu, Premyer Liqanın 34-cü turundan təxirə salınmış, ötən gecə keçirilən “Mançester Siti” – “Tottenhem” oyunundan sonra dəqiqləşib. “Tottenhem” sözügedən matçda rəqibinə 0:2 hesabı ilə uduzub.
İngiltərə çempionatının 37 turundan sonra “Tottenhem” 63 xal toplayıb və 5-ci pillədə qərarlaşır. Eyni sayda oyundan sonra “Aston Villa” 68 xal toplayıb və 4-cü yerdədir. İngiltərə çempionatının bitməsinə bir tur qalıb, “Tottenhem” isə uduzmaqla “Aston Villa”ya çatmaq şanslarını itirib.
Unay Emerinin baş məşqçisi olduğu “Aston Villa” 41 il sonra ilk dəfə Çempionlar Liqasında iştirak edəcək.