“Turan Tovuz”a qarşı keçirdiyimiz oyunla bağlı deyəcək çox şey yoxdur. Qol epizodlarımızdan yararlana bilmədik”. Bunu futbolinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın müdafiəçisi Numan Kurdiç deyib.

Bosniya və herseqovinalı futbolçu Misli Premyer Liqasının 34-cü turunda “Turan Tovuz”a 0:1 hesablı məğlubiyyətdən danışıb: “Rəqib qol epizodlarından yararlandı. Nəticədə qalib gəldi. Matçın layiqli nəticəsi heç-heçə idi. Ümumiyyətlə, mövsümün ikinci yarısını çox da yaxşı keçirmədik. Çempionatın ilk yarısında daha yaxşı idik. Amma bunu bacarmadıq”.

Kurdiç Naxçıvan klubunun heyətində qalıb-qalmayacağı ilə bağlı suala isə belə cavab verib: “Hələ ki, heç nə bilmirəm. Klub rəhbərliyinin nə düşündüyündən xəbərim yoxdur. Əgər yeni müqavilə təklif etsələr, baxacağıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp