Rafael Nadal “Rolan Qarros” turnirində iştirak edəcək. İspaniyalı tennisçi gələn həftə bunun üçün Fransa paytaxtına yola düşəcək. Məlumatı İspaniyanın AS nəşri yayıb.

Fransa açıq çempionatını 14 dəfə qazanan ispan tennisçi turnir üçün məşqlərə başlamalıdır. Onun “Rolan Qarros”da iştirakı dəqiq deyildi. Belə ki, keçmiş 1 nömrə Romada Hurkaça məğlub olduqdan sonra tərəddüd içində idi.

Xatırladaq ki, “Rolan Qarros” turniri mayın 26-da start götürəcək. Keçən il yarışların qalibi Novak Cokoviç olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp