İspaniyanın “Jirona” klubu niderlandlı futbolçusu Deyli Blindlə müqavilə müddətini uzadıb.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi daha 2 il “ağ-qırmızılar”ın şərəfini qoruyacaq.

Blind 2023-cü ildə “Jirona”ya keçib. O, cari mövsümdə meydana çıxdığı 35 oyunda 3 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp