Bu gün futbol üzrə Azərbaycan I Liqasında cari mövsümün çempionu müəyyənləşə bilər.

Futbolinfo.az xəbər verir ki, 26-cı turun son iki matçı bu gün baş tutacaq.

“Qaradağ Lökbatan” klubu evdə Şamaxının eyniadlı təmsilçisini qəbul edəcək. Digər görüşdə “İmişli” səfərdə “Araz Saatlı”nın qonağı olacaq. Hər iki oyun saat 17.00-da başlayacaq.

Çempionluq şansları daha çox olan lökbatanlılar “Şamaxı”nı məğlub edəcəkləri təqdirdə cari mövsümün qalibi adını qazanacaq.

Hazırda “Qaradağ Lökbatan” 53 xalla turnir cədvəlinə başçılıq edir. “Şamaxı” 51 xalla ikinci, “İmişli” isə 47 xalla üçüncüdür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp