Beynəlxalq Olimpiya Komitəsi (BOK) “Netflix” ilə birgə üç sənədli film serialının istehsalını elan edib. İlk epizodların premyerası iyul ayında baş tutacaq və 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadaya təsadüf edəcək.
Seriallardan biri ABŞ-dan olan idman gimnastikası üzrə dördqat olimpiya çempionu Simona Baylzın həyatından bəhs edəcək. İkinci film məşhur sprinterlər, o cümlədən dünya çempionları Şa’Karri Riçardson, Noa Layls və Şerika Cekson haqqında olacaq. Üçüncü serialda tamaşaçılara kişilərin olimpiya basketbolu turniri haqqında hekayə təqdim olunacaq.
Çəkilişlərə beynəlxalq gimnastika (FIG), basketbol (FIBA) və atletika (Dünya Atletikası) federasiyaları yardım göstərəcək.