Türkiyə Super Liqasının 27-ci turunda keçiriləcək “Qalatasaray” – “Fənərbaxça” görüşünün baş hakimi açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, İstanbul derbisini Arda Kardeşler idarə edəcək.

Oyunun start fiti mayın 19-da, saat 20:00-da səslənəcək.

Turnir cədvəlinə 99 xalla Okan Burukun rəhbərlik etdiyi “Qalatasaray” başçılıq edir. “Fənərbaxça” 93 xalla ikincidir.

Shares: