“Sevilya” daha bir əfsanəsi ilə vidalaşmağa hazırlaşır. Xesus Navas mövsüm bitən kimi Əndəlüs klubunu azad agent kimi tərk edəcək.

Futbolinfo.az xəbər verir ki, 38 yaşlı oyunçu 17 mövsümə 600-dən çox oyun keçirdiyi “Sevilya”dan ayrılmağa qərar verib. 4 dəfə Avropa Liqasını, 2 dəfə İspaniya Kubokunu və 1 dəfə Superkubokunu qazanan oyunçu, Səudiyyə Ərəbistanına və ya MLS klublarından birinə yollanacaq.

Xesus 2001-ci ildən “Sevilya”nın müxtəlif komandalarında çıxış edir. Burada yetişən cinah yarımmüdafiəçisi 2013-cü ildə “Mançester Siti”yə 20 milyon avroya satılmış, 4 mövsümdən sonra azad agent kimi geri dönmüşdü.

Shares: