İspaniyanın “Sevilya” klubu rekordçu futbolçusu Xesus Navasla mövsümün sonunda yolları ayıracaq.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı ispaniyalının müqaviləsi yeniləməyib.

Futbolçu “Sevilya”da keçirdiyi oyunların sayına görə rekordçudur (688). O, həmçinin komandası ilə ən çox titul qazanan (8 kubok) oyunçu ünvanına sahibdir.

Navas 2003-2013-cü illərdə “Sevilya”da çıxış edib, daha sonra “Mançester Siti”yə keçib. Futbolçu 2017-ci ildə doğma klubuna qayıdıb.

Shares: