Məşhur amerikalı müğənni Lenni Kravitz Çempionlar Liqasının finalında, Dortmund “Borussiya”sı ilə Madrid “Real”ı arasında keçiriləcək oyundan əvvəl çıxış edəcək. Qarşılaşma iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.

Xatırladaq ki, ən mötəbər avrokubok turnirinin həlledici oyununa gedən yolda “Borussiya” 1/8 finalda Niderlandın PSV, 1/4 finalda Madridin “Atletiko”, yarımfinalda isə Fransa PSJ-sini mübarizədən kənarlaşdırıb. “Real” isə öz növbəsində “Leypsiq”, “Mançester Siti” və “Bayern”dən güclü olub.

Qeyd edək ki, Çempionlar Liqasında qələbələrin sayına görə “Real” rekordçudur. “Los Blankos” bu turnirdə 14 dəfə qalib olub. “Borussiya” Çempionlar Liqasını bir dəfə – 1997-ci ildə qazanıb.

Shares: