Maks Ferstappen “Forbes”in reytinqində ən çox qazanan 20 idmançı sırasına daxil edilib.

Niderlandlı pilot il ərzində 81 milyon dollar qazanıb. Bu məbləğin 76 milyonu komanda ilə müqaviləyə görədir. Digər fəaliyyətlərə görə isə niderlandlı pilot əlavə olaraq daha 5 milyon qazanır.

Məşhur dərginin reytinqinə əsasən, il ərzində ən çox qazanan idmançı Kriştianu Ronaldodur. Portuqaliyalı futbolçunun illik gəliri 260 milyon dollar təşkil edib. Bu siyahıda Ferstappen 17-ci yeri tutub və Formula 1 pilotları arasında ən yüksək yerdə qərarlaşıb. Yeddiqat dünya çempionu Lyuis Həmilton 69 milyon dollarlıq gəlirlə siyahıda 21-ci yerdədir.

Shares: