Tailandın paytaxtı Banqkokda keçirilən FIFA-nın 74-cü konqresindən öncə UEFA-nın prezidenti Aleksander Çeferinlə AFFA-nın prezidenti Rövşən Nəcəf arasında görüş keçirilib. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Görüşdə UEFA və AFFA arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, UEFA-nın dəstəyi ilə Azərbaycanda həyata keçirilmiş layihələr barədə fikir mübadiləsi aparılıb.

Tərəflər səmərəli və faydalı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə ediblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp