Romada keçiriləcək WTA 1000 finalında dünyanın bir nömrəsi İqa Şvyontek və reytinqin ikinci nömrəsi Arina Sabalenka qarşılaşacaqlar.

Bundan əvvəlki son “Masters”də, Madriddə keçirilən turnirdə də finalda məhz bu iki tennisçi görüşmüşdü. Həmin oyunda Şvyontek 7:5, 4:6, 7:6 hesabı ilə qalib gəlmişdi.

Tennisçilər bu vaxta qədər ümumilikdə 10 dəfə görüşüblər. Onlar arasındakı oyunların statistikası 7:3 polyak tennisçi Şvyontekin xeyrinədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp