Braziliya 2027-ci ildə qadınlar arasında futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bu qərar FİFA-nın Banqkokda keçirilən 74-cü konqresində qəbul edilib.

2027-ci ildə qadınlar arasında dünya çempionatına ev sahibliyi etmək üçün Belçika, Niderland və Almaniya birgə təklif göndərmişdi.

2023-cü ildə qadınlar arasında dünya çempionatı Avstraliya və Yeni Zelandiyada keçirilib. Çempion finalda İngiltərə komandasına 1:0 hesabı ilə qalib gələn İspaniya komandası olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp