“Bolonya” klubu Çempionlar Liqasına düşməsi şərəfinə şəhər küçələrində avtobusla bayram yürüşü təşkil edəcək.
Tyaqo Mottanın rəhbərlik etdiyi komanda A seriyasında sona 2 tur qalmış ilk beşliyə daxil olmağı təmin edib. Bu o deməkdir ki, Bolonya 1964-cü ildən bəri ilk dəfə qitənin ən nüfuzlu turnirində iştirak edəcək.
Bu hadisənin şərəfinə klub, çempionluq paradının analoqu olan avtobusla şəhər daxilində yürüş planlaşdırıb. Tədbir mayın 22-də baş tutacaq və azarkeşlər komandanı müşayiət edə biləcəklər.
A Seriyasında komandanın bu mövsüm evdə “Yuventus”la, səfərdə isə “Cenoa” ilə oyunları qalıb.