“Çelsi” Estevaonu transfer etməkə niyyətindən əl çəkmir. Londonlular braziliyalı üçünn 55 milyon avro xərcləməyə razıdır.

Futbolinfo.az xəbər verir ki, “Palmeyras”la anlaşma alınsa, ödənişin 40 faizini bonuslar təşkil edəcək. “Zadəganlar” Nikolas Ceksonun keçidni də bu qaydada həll etmişdi.

Braziliya klubu 2 illik müqaviləsi qalan 17 yaşlı yetirməsini Avropaya göndərməyə razıdır. Amma onlar transfer məbləğini bütöv almaq istəyir. “Çelsi” isə risk etmək niyyətində deyil, yalnız futbolçu özünü doğruldacağı halda məbləğin 40 faizini bonus şəklində ödəyəcək.

Tərəflər müzakirələri yayda yekunlaşdırmaq niyyətindədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp