“Liverpul”un müdafiəçisi Joel Matip 2023/24 mövsümünün sonunda komandanı tərk edəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı kamerunlu furbolçu azad agent kimi klubu tərk edəcək.

Matip 2016-cı ilin iyul ayından “Liverpul”da çıxış edir. O, komanda ilə iki dəfə İngiltərə Liqa kubokunu, bir dəfə Premyer Liqa, İngiltərə kuboku, Çempionlar Liqası və UEFA superkubokunu qazanıb.

Matip bu mövsüm bütün yarışlarda 14 matçda iştirak edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp