“Panatinaikos” baş məşqçisi Fatih Terimlə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə türkiyəli mütəxəssis öz sosial şəbəkə hesabında məlumat yayıb.
O, müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyini bildirib.
Terim ötən ilin dekabrında “Panatinaikos”un baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda hazırda ölkə çempionatında 71 xalla 4-cü pillədə qərarlaşıb və çempionluq şansını itirib. Ancaq komanda ölkə kubokunun finalına yüksəlib. “Panatinaikos” mayın 25-də finalda “Aris”lə qarşılaşacaq.