“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək.

Futbolinfo.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Mayın 18-23-də keçiriləcək səfər çərçivəsində U-15 və U-17 “Aspire Academy Friendly Series”də iştirak edəcək.

Akademiyanın meneceri Nail Kərimov və koordinatoru Aftandil Hacıyevin başçılıq edəcəyi səfər çərçivəsində “Qarabağ”ın komandaları iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Bu matçlar ayın 19-da və 21-də keçiriləcək. Bununla da “Qarabağ”ın akademiyasının mövsüm ərzindəki beynəlxalq səfərlərinin sayı 8-ə çatacaq.

Shares: