Marsel “Olimpik”inin baş məşqçisi Jan-Lui Qasse 2023/24 mövsümünün sonunda peşəkar karyerasını başa vuracağını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, komanda mayın 19-da Fransa çempionatının 34-cü turunun matçında səfərdə “Havr”la qarşılaşacaq .
70 yaşlı Qasse 2024-cü ilin fevralından Marsel klubunu çalışdırır. Onun rəhbərliyi altında komanda 8 qələbə qazanıb, 3 dəfə heç-heçə edib və 10 məğlubiyyətlə üzləşib.
Bu mövsüm Marsel “Olimpik”i Liqa 1-in turnir cədvəlində 33 turdan sonra 47 xal toplayaraq 8-ci yerdədir.