İspaniya milli komandası Avropa çempionatıdan əvvəl itki ilə üzləşib. Komandanın yarımmüdafiəçisi isko zədə səbəbilə turnirdə iştirak edə bilməyəcək.

“Betis” klubunun yarımmüdafiəçisi La Liqanın 36-cı turunda “Las Palmas”la qarşılaşmada zədələnib. Onun sol ayaq bud sümüyündə sınıq var. Məhz buna görə İskonun qitə çempionatında oynamaq şansı yoxdur.

Futbolçunun özü də xəstəxanadan çıxarkən bunu təsdiq edib. O, çəliklə hərəkət edərək hər şeyin çətin olduğunu bildirib.

İsko milli komandanın geniş heyətinə daxil edilmişdi. Yarımmüdafiəçi 2013-cü ildən milli komandada çıxış edir.Bu müddət ərzində o, 38 oyunda 12 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp