Azərbaycan Basketbol Liqasında üçüncü yer uğrunda növbəti matç baş tutacaq.

Futbolinfo.az xəbər verir ki, bu gün saat 19:30-da “Xırdalan” və “NTD-İndiqo” komandaları üz-üzə gələcəklər.

Bu komandalar arasında ilk görüşdə “NTD-İndiqo” rəqibini 95:79 hesabı ilə məğlub edib. İki görüşün yekununda qalib müəyyənləşməsə, üçüncü duel mayın 21-də gerçəkləşəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp