Xorvatiya çempionatında 35-ci turun oyunları keçirilir. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” səfərdə autsayderlərdən olan “Slaven”lə qarşılaşıb.

Ötən tur çempionluğu təmin etmiş Zaqreb təmsilçisi bu matçda 3:2 hesabı ilə qələbə qazanıb. “Dinamo”nun qollarını Brodiç (48), Kulenoviç (52) və Vrbançiç (90+5) vurublar. Beləliklə, zaqreblilər xalını 81-ə yüksəldiblər.

Emreli də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə Marko Roqu əvəzləyərək meydana daxil olub. Komandası bünüt qolları o meydanda olarkən vurub.

Bu, Emrelinin 2024-cü ildə meydana çıxdığı ilk rəsmi matç olub. O, ilin əvvəlində aldığı ağır zədə səbəbindən oyunları buraxmaq məcburiyyətində qalmışdı.

Xatırladaq ki, Emreli bu mövsüm “Dinamo” ilə bütün turnirlərdə 23 oyunda meydana çıxıb, 5 qol vurub, 5 qolun isə ötürməsini edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp