Çexiyada 2023/24 mövsümünün çempionu müəyyənləşib.

“Sparta” 34-cü turda səfərdə “Mlada Boleslav”la qarşılaşıb. Praqalılar meydan sahiblərini 5:0 hesabı ilə darmadağın edib.

Bununla da “Sparta” xallarının sayını 86-ya çatdırıb. Sona 1 tur qalmış 2-ci yerdəki “Slaviya”nı 4 xal qabaqlayan “Sparta” ardıcıl 2-ci, ümumilikdə isə 38-ci dəfə ölkə çempionu olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp