Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, dueldə “Xəzri” və “Sabah” komandaları üz-üzə gələcəklər.

“Sərhədçi” İdman Mərkəzində baş tutacaq matçın start fiti saat 19:30-da səslənəcək. Bu komandalar arasında reallaşan ilk qarşılaşmada “Xəzri” qələbə qazanıb – 95:70.

Bu seriyanın növbəti görüşü mayın 22-də oynanılacaq. Üç qələbə qazanan kollektiv qızıl medallara sahib çıxacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp