Cüdo üzrə Azərbaycanın gənclərdən ibarət millisi İspaniyanın Malaqa şəhərində davam edən Avropa Kubokunda iki medal qazanıb.

Futbolinfo.az xəbər verir ki, təmsilçilərimiz turnirin ilk günündə 2 bürünc medal əldə edib.

Məhəmməd Musayev (66 kq) və Aydın Rzayev (73 kq) yarışda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Yarışa mayın 19-da yekun vurulacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp