Azərbaycan idmançısı Eduard Məmmədov Türkiyənin İstanbul şəhərində kikboksinqin WAKO versiyası üzrə Dünya Kubokunu qazanıb.

Futbolinfo.az xəbər verir ki, təmsilçimiz 63 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Məmmədov “master class” kateqoriyasının “Light Contact ve Kick Light” versiyasında 5 döyüş keçirib.

O, finalda İsveç idmançısı Ahlvarsson Olaya qalib gələrək iki qızıl medal qazanıb. Bununla da təmsilçimiz WAKO versiyası üzrə Dünya Kubokunun 11 qat qalibi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp