Romada keçirilən “Masters” seriyalı tennis turnirində qadınlar arasında yarışda çempion məlum olub. Polşalı İqa Şvyontek final görüşündə Arina Sabalenkaya qalib gəlib – 6:2, 6:3.

Bununla da polyak tennisçi karyerasında 10-cu “Masters” titulunu qazanıb. Şvyontekin bu, Romada üçüncü tituludur. Bundan başqa, dünya reytinqinin bir nömrəsi Dohada və İndian-Velsdə 2 dəfə, Mayami, Pekin və Madriddə isə bir dəfə çempion olub.

Onu da əlavə edək ki, Şvyontek bu il 4-cü “Masters”ini qazanıb. Qələbə sayəsində o, aktivinə daha 1000 reytinq balı əlavə edərək ən yaxın izləyicisiylə fərqi artırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp