“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib:

“Ən zəif oyunlarımızdan biri idi. Komandada qalsam, bəzi futbolçularla davam edəcəyik, bəziləri ilə yollarımızı ayıracağıq. “Qəbələ”ni təbrik edirəm. Burada olmaq xoş idi. İnanıram ki, onlar yenidən Premyer Liqaya qayıdacaqlar. Bir oyunumuz qalıb. Bundan sonra rəhbərliklə, komanda ilə gələcək planları müzakirə edəcəyik.

Özümü Qəbələdə rəqib, qonaq kimi hiss etmədim. Mən məşqçi kimi burada formalaşmışam. “Qəbələ” Azərbaycan futbolu üçün dəyərlidir. Klubun yaxşı prezidenti var, futbolu sevir. İnanıram ki, “Qəbələ” yenə əvvəlki ad-sanını bərpa edəcək”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp