İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünə yekun vuurlub.

Futbolinfo.az xəbər verir ki, sonuncu – 38-ci turun oyunları eyni gündə keçirilib.

“Mançester Siti” doğma meydanda “Vest Hem”ə qalib gəlməklə xallarının sayını 91-ə çatdırıb və çempionluğunu rəsmiləşdirib. Bu, “şəhərlilər”in ardıcıl 4-cü, bütövlükdə isə 10-cu çempionluğudur.

“Arsenal” isə öz meydanında “Everton”a qalib gəlib. “Topçular” mövsümü 89 xalla 2-ci pillədə başa vurublar. Son turda “Vulverhempton”la ev oyunundan inamlı qələbə ilə ayrılan “Liverpul” isə 82 xalla 3-cü olub.

68 xalla 4-cü olan “Aston Villa” da ilk üç yeri tutan komanda ilə birgə UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıb. “Tottenhem” 66 xalla 5-ci yeri tutub və Avropa Liqasında iştirak hüququ əldə edib. Mövsümün 63 xalla 6-cı sırada bitirən “Çelsi” isə Konfrans Liqasında mübarizə aparacaq.

26 xalla 18-ci yeri tutan “Luton Taun”, 24 xalla 19-cu olan “Börnli” və 16 xalla sonuncu pillədə qərarlaşmış “Şeffild Yunayted” Premyer Liqanı tərk ediblər.

İngiltərə Premyer Liqası
38-ci tur

19 may

Arsenal – Everton 2:1
Qollar: Tomiyasu, 43. Haverts, 89 – Qeye, 40.

Brentford – Nyuksl 2:4
Qollar: Yanelt, 48. Vissa, 70 – Barnes, 21. Mörfi, 36. İsak, 38. Gimarayns, 77.

Brayton – Mançester Yunayted 0:2
Qollar: Dalot, 73. Höylund, 88.

Börnli – Nottingem Forest 1:2
Qollar: Kallen, 72 – Vud, 2; 14.

Çelsi – Bornmut 2:1
Qollar: Kaysedo, 17. Sterlinq, 48 – Badiaşile, 49-öz qapısına.

Kristal Pelas – Aston Villa 5:0
Qollar: Mateta, 9; 39; 63. Eze, 54; 69.

Liverpul – Vulverhempton 2:0
Qollar: Makallister, 34. Kuansa, 40.

Luton Taun – Fulhem 2:4
Qollar: Morris, 45+1-pen. Dauti, 55 – A.Traore, 43. R.Ximenes, 45+3; 49. H.Uilson, 68.

Mançester Siti – Vest Hem 3:1
Qollar: Foden, 2; 18. Rodri, 59 – M.Kudus, 42.

Şeffild Yunayted – Tottenhem 0:3
Qollar: Kuluşevski, 14; 65. Porro, 59.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp