Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu keçirilib.

Futbolinfo.az xəbər verir ki, “Xəzri” və “Sabah” komandaları bu gün ikinci oyunda üz-üzə gəliblər.

“Sərhədçi” İdman Mərkəzində baş tutan matçda “Sabah” (94:63) qələbə qazanıb.

Bu komandalar arasında reallaşan ilk qarşılaşmada “Xəzri” qalib gəlmişdi – 95:70.

Bu seriyanın növbəti görüşü mayın 22-də oynanılacaq. Üç qələbə qazanan kollektiv qızıl medallara sahib çıxacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp