Qadın futbolçulardan ibarət Türkiyə millisinin Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəyi oyunlar üçün ilkin heyəti müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Necla Güngör Kıraqası 26 oyunçuya dəvət göndərib.
Qapıçılar: Selda Akgöz (“Ankara Büyükşehir”), Fatma Şahin (“Beylerbeyi”), Qamze Nur Yaman (“Qalatasaray”), Göknur Güleryüz (“Fənərbağça”)
Müdafiəçilər: Sejde Aylin Abrahammson (“Brügge”), Didem Karagenç (“Beşiktaş”), Ümran Özev (“Ankara Büyükşehir”), Büşra Kuru (“Sand”), Dilara Deli (“Şarlerua”), Eda Karataş (“Qalatasaray”), Narin Yakut (“Fatih Karagümrük”), İlayda Civelek, İlayda Cansu Kara (hər ikisi “Fənərbağça”)
Yarımmüdafiəçilər: Ebru Topçu (“Qalatasaray”), Derya Arhan (“Beylerbeyi”), Meryem Cennet Çal, Busem Şeker, Ece Türkoğlu (hamısı “Fənərbağça”), Başak İçinözbebek (“Ankara Büyükşehir”), Miray Cin (“Duysburq”), Birgül Sadıkoğlu (“Tenerife”), Elif Keskin (“Beşiktaş”)
Hücumçular: Arzu Karabulut (“Qalatasaray”), Yağmur Uraz, Zeynep Kerimoğlu (hər ikisi “Fənərbağça”), Kader Hançar (“Fatih Vatanspor”).
B Liqasının 1-ci qrupunda yer alan Türkiyə və Azərbaycan milliləri mayın 31-də Erzincanda, iyunun 4-də isə Bakıda üz-üzə gələcəklər. İlk iki turdan sonra Türkiyə 3 xalla ikinci, Azərbaycan isə 1 xalla dördüncü pillədə qərarlaşıb.