Azərbaycan Voleybol Federasiyası (AVF) beynəlxalq əməkdaşlıq çərçivəsində növbəti memorandumu Ukrayna Voleybol Federasiyası (UVF) ilə imzalayıb.
Futbolinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüşdə sənədi AVF-nin prezidenti Şahin Bağırov və UVF-nın prezidenti Mixaylo Melnik imzalayıblar.
Memorandum iki ölkənin voleybol federasiyaları arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələri əhatə edir. Sənəd federasiyalar arasında təcrübə mübadiləsi baxımından da əhəmiyyət daşıyır.