“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqısının final seriyasının ikinci oyununda “Xəzri” BK üzərində qazandıqları qələbəni (94:63) şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Qələbə qazandığımıza görə şadam. Komandamızın oyununda sərtliyi bəyəndim. Heç kimi fərqləndirmək istəməzdim. Bu dəfə komanda olaraq yaxşı mübarizə apardıq. Növbəti oyunlarda da aqressiv olmalıyıq. Fikrimiz tam olaraq oyunda olmalıdır. Ötən oyundə 22 top itirdik. Amma bu dəfə ilk periodu ümumiyyətlə səhvsiz başa vurduq. Qələbənin açarı müdafiədədir. Bəzi anlarda rəqibə 24 saniyə ərzində ümumiyyətlə atış imkanı vermədik”.