MBA-da konfrans yarımfinalçıları məlum olub. Dünən keçirilən iki oyundan sonra “Minnesota Timbervulvs” və “İndiana Peysers” vəsiqəni qazanmağı bacarıb.

Qərb konfransında seriyanın 7-ci oyununda son çempion Minnesota komandası ilə oyunda üstünlüyü qoruya bilməyib. 20 xal geridə olan qonaqlar fasilədən sonra dönüş əldə ediblər. Bu da liqa tarixində 7-ci oyunda ən böyük fərqi aradan qaldırmaq üzrə rekord göstəricidir – 90:98 (24:19, 29:19, 14:28, 23:32). Meydan sahiblərindən Camal Mürrey 35 xal, Nikola Yokiç isə 34 xal toplayıb.

Digər cütün taleyi də 7-ci oyunda müəyyənləşib. Burada da qonaqlar qalib gəliblər. “İndiana Peysers” Nyu-Yorkda rəqibini darmadağın edib – 130:109.

Beləliklə, konfrans finallarında – Qərbdə “Dallas Maveriks”lə “Minnesota Timbervulvs”, Şərqdə isə “Boston Seltiks”lə “İndiana Peysers” qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp