“Bayern” yeni baş məşqçisi ilə bağlı qərar verməyib. Tomas Tuhellə vidalaşan münhenlilər, qarşıdakı günlərdə yekun qərarını verəcək.

Futbolinfo.az xəbər verir ki, Almaniya nəhənginin idman direktoru Maks Eberl namizəd kimi adı çəkilən italiyalı məşqçilərin heç biri ilə anlaşmayacaqlarını bildirib: “Roberto de Zerbi, Antonio Konte, Massimiliano Alleqri və Stefano Pioli bizim namizədimiz deyil. Onlarla danışıq aparmırıq”.

Hansi Flik və Ralf Ranqniklə anlaşa bilməyən “Bayern”in yerli mütəxəssisə güvənəcəyi gözlənilir. Bu baxımdan əsas namizəd “Liverpul”dan ayrılan Yürgün Kloppdur. Lakin o da bir müddət istirahət etmək niyyətində olduğunu bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp