AFFA Region Liqasında 3-cü yer uğrunda oyun keçirilib.

Futbolinfo.az xəbər verir ki, “Göyəzən” və “Ümid” komandaları üz-üzə gəliblər.

“ASCO Arena”da baş tutan görüşdə 7:2 hesablı qələbə qazanan “Ümid” kollektivi bürünc medallara sahib olub. Medalları komandaya veteran futbolçu, milli komandanın skautu İlqar Qurbanov təqdim edib.

Region Liqasında final oyunu mayın 24-də Şamaxı şəhər stadionunda “Şimal” və “Hypers” komandaları arasında keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp