Fil Foden İngiltərənin “Mançester Siti” klubunun tarixinə düşüb.

Futbolinfo.az xəbər verir ki, futbolçu cari mövsümdə cərimə meydançası xaricindən 6 qola imza atıb ki, bu, “Mançester Siti”nin Premyer Liqa tarixində ən yaxşı göstəricisidir.

23 yaşlı yarımmüdafiəçi bu rekordu Premyer Liqanın 38-ci turu çərçivəsində baş tutan “Vest Hem” klubu ilə matçda müəyyənləşdirib. “Etihad” stadionunda keçirilən matç mançesterlilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Foden 18-ci dəqiqədə komandasının ikinci qolunu vuraraq dubl müəllifi olub.

Bu mövsüm Foden bütün yarışlarda meydana çıxdığı 50 oyunda 26 qola və 11 məhsuldar ötürməyə imza atıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp